İdman

Bədii gimnastika üzrə Braziliya çempionu 18 yaşında vəfat edib

25 Dec 2025, 22:00 1 baxış
Bədii gimnastika üzrə Braziliya çempionu 18 yaşında vəfat edib
Bədii gimnastika üzrə 2021-ci ilin ikiqat Braziliya çempionu İzabel Marsinyak 18 yaşında vəfat edib. Oxu.Az bildirir ki, bu barədə məlumatı Parana Ştatının Gimnastika Federasiyasının Mətbuat Xidməti yayıb. "Globo" portalının məlumatına görə, gənc idmançının ölümünə səbəb Hodgkin limfoması olub. Bu xəstəlik limfa düyünlərini zədələyən bədxassəli şiş növüdür. Qeyd edək ki, İzabel Marsinyak 2021-ci ildə Braziliya çempionatında çoxnövçülük üzrə qızıl medal qazanıb. O, həmin turnirdə top ilə hərəkətlər üzrə yarışda da birinci yerə layiq görülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər