İdman

"Real Madrid"in ulduzu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

25 Dec 2025, 19:36 1 baxış
"Real Madrid"in ulduzu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər
Tibo Kurtua "Real Madrid" futbol klubundan ayrıla bilər. Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, belçikalı qolkiper karyerasını Səudiyyə Ərəbistanı liqasında davam etdirə bilər. Məlumata görə, Kurtuaya ümumi məbləği 90 milyon avro olan 3 illik müqavilə təklif edilib. Qeyd edək ki, Madrid klubunun 33 yaşlı qapıçısının müqaviləsi 2027-ci ilin iyununa qədərdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər