Siyasət

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

25 Dec 2025, 17:42 1 baxış
Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının səfiri Qismət Gözəlovu təltif edib.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.


Məlumata görə, Prezident Sərdar Berdiməhəmmədovun 2025-ci il 24 dekabr tarixli 613 nömrəli Sərəncamına əsasən, Qismət Gözəlov “Türkmənistanın Tərəfsizliyinin 30 İllik” yubiley medalı və “Türkmənistanın Daimi Tərəfsizliyinin 30 İllik” xatirə gümüş nişanı ilə təltif edilib.


25 dekabr 2025-ci ildə Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli: Tərəfsiz Türkmənistanın qətiyyətli addımları” adlı konfransda Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov təltifləri Qismət Gözəlova təqdim edib.

Mənbə axar.az

Oxşar Xəbərlər