İdman

"Zaqatala"nın qapıçısı oyundan əvvəl stadionu niyə tərk edib? - Klub prezidentindən AÇIQLAMA

25 Dec 2025, 14:22 1 baxış
"Zaqatala"nın qapıçısı oyundan əvvəl stadionu niyə tərk edib? - Klub prezidentindən AÇIQLAMA
"Amin Ramazanovun meydançanın vəziyyətinə görə oyuna çıxmaqdan imtina etməsi yanlış məlumatdır". Bu sözləri Oxu.Az-a açıqlamasında "Zaqatala" klubunun prezidenti Şaban Şirdanov deyib.
O, dünən "Zaqatala" - "Baku Sportinq" matçından əvvəl qolkiperin stadionu tərk etməsinin səbəbini açıqlayıb: "Oyundan əvvəl Aminin yüksək hərarəti var idi. Hətta yüksək hərarət səbəbindən oyundan qabaq məşqdə də iştirak edə bilməmişdi. Oyunçu müayinə edilib, həkimlər tərəfindən sistem (fizioloji məhlul) köçürülüb. İki komanda arasındakı rəqabətə görə həm oyunçu özü, həm də biz bu oyunda iştirak etməsini istəyirdik. Oyun günü Aminin hərarəti 38.5-39 dərəcəyə qədər qalxıb. Oyunçu özü meydana çıxmaq istəsə də, baş məşqçi icazə verməyib. Əgər həqiqətən belə bir hadisə olsaydı, oyunçunu komandadan göndərərdik, amma faktiki olaraq oyunçu hazırda xəstəxanada yatır". Qeyd edək ki, müqavilə ilə "Qarabağ" komandasına məxsus olan Amin Ramazanov icarə əsasında "Zaqatala" klubunda çıxış edir. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər