Siyasət

Prezident bir sıra idmançıları və idman mütəxəssislərini təltif etdi - SƏRƏNCAM

25 Dec 2025, 13:27 1 baxış
Prezident bir sıra idmançıları və idman mütəxəssislərini təltif etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı Oxu.Az President.az-a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilirlər: Abdullayev Yaqub Bəkir oğlu Ağarəhimov Cahangir Ağababa oğlu Aslanova Elmira Aydın qızı Bayramov Cahangir Tofiq oğlu Əliyev Coşqun Ceyhun oğlu Hüseynov Fikrət Akif oğlu Məhərrəmov Azər Asif oğlu Məmmədov Eduard Tofiq oğlu Musayeva Vəfa Təbriz qızı Rəcəbov Nurəddin Rəcəb oğlu. Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilir: Gözəlbəyli Zöhrab Katib oğlu İmaməliyev Ələkbər Əbdülbağı oğlu Qədimova İlahə Akif qızı Mirəliyev Mövlud Mustafa oğlu. Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir: Əliyev Qərib Tələt oğlu Həsənov Tərlan Əliheydər oğlu Xudiyev Asim Xəlil oğlu.
Mənbə oxu.az

Oxşar Xəbərlər