İdman
Türkiyə Futbol Federasiyasının sabiq sədr müavini saxlanıldı
Futbolda oyun alqı-satqısı istintaqı çərçivəsində Türkiyə Futbol Federasiyasının (TFF) keçmiş sədr müavini Lütfi Arıboğan, Ahmet Gülüm, İlhan Helvacı və Ebru Köksal saxlanılıblar. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaqda Lütfi Arıboğan, Ahmet Gülüm, İlhan Helvacı və Ebru Köksal haqqında "FETÖ/PDY silahlı terror təşkilatına yardım" və "istintaq məxfiliyini pozma" cinayətlərinə görə həbs qərarı verilib. Dörd şübhəli İstanbul Məhkəməsinə gətirilib. Şübhəlilərin prokurorluqdakı ifadə vermə prosesi başlayıb.
Mənbə
oxu.az