Cəmiyyət

Prezident idmançıları təltif etdi

25 Dec 2025, 13:24 1 baxış
Prezident idmançıları təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.


Axar.az sərəncamın mətnini təqdim edir:


1. Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:


Abdullayev Yaqub Bəkir oğlu


Ağarəhimov Cahangir Ağababa oğlu


Aslanova Elmira Aydın qızı


Bayramov Cahangir Tofiq oğlu


Əliyev Coşqun Ceyhun oğlu


Hüseynov Fikrət Akif oğlu


Məhərrəmov Azər Asif oğlu


Məmmədov Eduard Tofiq oğlu


Musayeva Vəfa Təbriz qızı


Rəcəbov Nurəddin Rəcəb oğlu.


2. Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:


Gözəlbəyli Zöhrab Katib oğlu


İmaməliyev Ələkbər Əbdülbağı oğlu


Qədimova İlahə Akif qızı


Mirəliyev Mövlud Mustafa oğlu.


3. Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:


Əliyev Qərib Tələt oğlu


Həsənov Tərlan Əliheydər oğlu


Xudiyev Asim Xəlil oğlu.

Mənbə axar.az

Oxşar Xəbərlər