Siyasət

İordaniya şahzadəsi İlham Əliyevə məktub göndərdi

25 Dec 2025, 11:21 1 baxış
İordaniya şahzadəsi İlham Əliyevə məktub göndərdi
İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Oxu.Az President.az-a istinadən məktubun mətnini təqdim edir: "Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".
Mənbə oxu.az

Oxşar Xəbərlər