Siyasət
Lu Mey: "Çin Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsini dəstəkləyir"
"İki ölkə arasında nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıqda mühüm irəliləyişlər əldə edilib. Cari ilin yanvar-noyabr aylarında Çindən Azərbaycana 351 Trans-Xəzər yük qatarı göndərilib ki, bu da ötən illə müqayisədə 34 faiz çoxdur". Oxu.Az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. Diplomatın sözlərinə görə, Çin mənşəli məhsullar Orta Dəhliz üçün ən böyük yük mənbəyinə çevrilib, onun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırıb: "Çindən yola salınan qatarlar Orta Dəhliz boyunca parlaq bir mənzərə formalaşdırıb. Çin "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində Azərbaycanla yüksəksəviyyəli əməkdaşlığı davam etdirəcək və yük resursları, texnologiya və kapital sahəsində üstünlüklərindən istifadə edərək Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsini dəstəkləyir". Mərahim Nəsib
Mənbə
oxu.az