Cəmiyyət

Məmmədbəyli sakini: "Doğma yurda qayıtmağı sözlərlə ifadə etmək çətindir"

25 Dec 2025, 07:20 1 baxış
Məmmədbəyli sakini: "Doğma yurda qayıtmağı sözlərlə ifadə etmək çətindir"
"Doğma yurda qayıtmağı sözlərlə ifadə etmək çətindir. Həm kövrəlirəm, həm də sevinirəm. Bu günün sevincini yaşamağı həmişə arzulamışıq". Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edən Raqif Valeh oğlu Gülüşov deyib. O bildirib ki, 30 ildən sonra doğma yurduna qayıdır: "Allah Prezidentimizə cansağlığı versin. Onun siyasi şücaəti nəticəsində Ordumuz qələbə qazandı. Şəhidlərimizin əziyyəti unudulmazdır. Qazilərimizə isə sağlam ömür arzu edirəm". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər