Cəmiyyət

Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

24 Dec 2025, 19:12 1 baxış
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Oxu.Az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Xəbərdarlığa əsasən, dekabrın 25-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər