Cəmiyyət
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - Faktiki hava
Oktyabrın 2-si saat 16:00-a olan faktiki hava açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz, Şabran, Quba, Qusarda şimşək çaxır, arabir yağış yağır. Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 16 m/s-yə çatır.
Mənbə
oxu.az