İdman

Rusiyada 12 dəfə hökm oxunan futbolçu həbs olunmayıb

24 Dec 2025, 17:30 1 baxış
Rusiyada 12 dəfə hökm oxunan futbolçu həbs olunmayıb
Rusiyada bir neçə həvəskar komandada çıxış etmiş keçmiş futbolçusu Maksim Yamalatdinov 2025-ci ildə 12-ci məhkəmə hökmünü alıb. Oxu.Az "FederalPress"ə istinadən xəbər verir ki, idmançı növbəti dəfə dələduzluq və mənimsəmə işində təqsirli bilinib. Lakin o, azadlıqda qala bilib. Kaçkanar şəhər məhkəməsi ona 4 il 1 ay məcburi işlər və əmək haqqının 10%-nin dövlətin xeyrinə tutulması cəzası təyin edib. Yamalatdinov 2022-ci ildən bəri cinayətlər törədib, bahalı əşyaları icarəyə götürərək, sonradan onları girov qoyub və icarədarların pullarını qaytarmayıb. Məhkəmələr dəfələrlə Yamalatdinovun işində yüngülləşdirici halları - həyat yoldaşı və kiçik oğlunu, valideynlərinə kömək etməsini və xeyriyyəçiliyini nəzərə alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər