Cəmiyyət
Alatavada evdə baş verən yanğın söndürüldü - Video
16:06
Alatavada evdə baş verən yanğın söndürülüb.
Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, nazirliyin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Yasamal rayonu, 2-ci Alatava ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Mənbə
axar.az