İdman
"Sabah"ın sabiq baş məşqçisi ilin ən yaxşısı seçildi
Rusiyada idman sahəsində ilin ən yaxşıları açıqlanıb. Oxu.Az xəbər verir ki, "Krasnodar"ın baş məşqçisi Murad Musayev ilk dəfə ilin ən yaxşı məşqçisi mükafatına layiq görülüb. Siyahıda ikinci yeri "Baltika"nın baş məşqçisi Andrey Talalayev, üçüncü yeri isə MOİK hokkey klubunun çalışdırıcısı İqor Nikitin tutub. "Krasnodar" Rusiya Premyer Liqasında qış fasiləsinə 40 xalla lider kimi yollanıb. Qeyd edək ki, Murad Musayev "Krasnodar"la 2024/2025 mövsümündə Rusiya Premyer Liqasının qalibi olub. Təcrübəli mütəxəssis daha əvvəl 2021-2024-cü illərdə "Sabah" klubunu çalışdırıb.
Mənbə
oxu.az