İdman

"Fənərbağça"nın prezidenti Sadettin Saranın narkotik testinin nəticələri açıqlandı

24 Dec 2025, 10:53 1 baxış
"Fənərbağça"nın prezidenti Sadettin Saranın narkotik testinin nəticələri açıqlandı
Türkiyədə İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin İstintaq Bürosu tərəfindən aparılan narkotik araşdırması davam edir. Məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində narkotik testindən keçirilən "Fənərbağça" idman klubunun prezidenti Sadettin Saranın nəticələri məlum olub. Bu barədə Oxu.Az "Hürriyet" nəşrinə istinadən xəbər verir. Məlumata görə, Məhkəmə Tibbi Ekspertiza Qurumunda qan və saç nümunələri verən Sadettin Saranın test nəticəsi müsbət çıxıb. Hesabat İstanbul Baş Prokurorluğuna göndərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər