İdman

İngiltərə Liqa Kuboku: "Arsenal" yarımfinalda

24 Dec 2025, 02:22 1 baxış
İngiltərə Liqa Kuboku: "Arsenal" yarımfinalda
İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Arsenal" - "Kristal Pelas" matçı keçirilib. Oxu.Az xəbər verir ki, "Emireyts" stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Maksans Lakrua görüşün 80-ci dəqiqəsində avtoqola imza ataraq, "topçular"ı hesabda önə çıxarıb. 90+5-ci dəqiqədə isə Mark Qehi hesaba tarazlıq gətirib. Qalibin adına penalti seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (8:7) "Arsenal" futbolçuları növbəti mərhələyə adlayıblar. Qeyd edək ki, yarımfinalda "Mançester Siti" "Nyukasl" ilə, "Çelsi" isə "Arsenal" ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər