İdman
"Qarabağ" və Qurban Qurbanov ilin ən yaxşıları seçildilər
Gənclər və İdman Nazirliyi 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbir keçirib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, tədbirdə həmçinin Gənclər və İdman Nazirliyi müxtəlif nominasiyalar üzrə 2025-ci ilin ən yaxşılarını açıqlayıb. Seçimlərin nəticələrinə əsasən ilin kişilərdən ibarət ən yaxşı klub komandası "Qarabağ" futbol klubu, ən yaxşı kişi məşqçisi isə Qurban Qurbanov seçilib.
Mənbə
oxu.az