İdman
"Araz-Naxçıvan" Elmar Baxşıyevlə yollarını ayırıb
"Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyevi istefaya göndərib. Oxu.Az xəbər verir ki, 45 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. Klubun bu qərarla bağlı rəsmi açıqlamasının yaxın saatlarda veriləcəyi gözlənilir. Qeyd edək ki, Elmar Baxşıyev ötən ilin aprelindən "Araz-Naxçıvan"ı çalışdırırdı. Onun müqaviləsi 2026-cı ilin yayına qədər idi.
Mənbə
oxu.az