İdman

Misli Premyer Liqasının ən bahalı oyunçuları - Nərimanın transfer qiyməti qalxıb

23 Dec 2025, 16:46 1 baxış
Misli Premyer Liqasının ən bahalı oyunçuları - Nərimanın transfer qiyməti qalxıb
Məşhur "Transfermarkt" portalı Misli Premyer Liqasında çıxış edən futbolçuların bazar dəyərlərini yeniləyib. Oxu.Az xəbər verir ki, liqanın ən bahalı futbolçusu "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andradedir. Onun bazar dəyəri üç milyon avrodur. Kabo-verdeli oyunçunun qiyməti ötən illə müqayisədə 500 min avro qalxıb. Ümumilikdə ilk 9-luq yalnız "Qarabağ"ın oyunçularından ibarətdir. Nəriman Axundzadənin də bazar dəyəri yüksəlib. Gənc futbolçunun qiyməti 2.5 milyon avroya çatıb. Azərbaycan Premyer Liqasının ən bahalı 10 futbolçusu: 1. Leandro Andrade ("Qarabağ") - 3 milyon avro; 2. Nəriman Axundzadə ("Qarabağ") - 2.5 milyon avro; 3. Kadi Borges ("Qarabağ") - 2.5 milyon avro; 4. Mateuş Koxalski ("Qarabağ") - 2 milyon avro; 5. Toral Bayramov ("Qarabağ") - 1.8 milyon avro; 6. Aleksey Kaşuk ("Qarabağ") - 1.8 milyon avro; 7. Pedro Bikalyo ("Qarabağ") - 1.5 milyon avro; 8. Emmanuel Addai ("Qarabağ") - 1.5 milyon avro; 9. Elvin Cəfərquliyev ("Qarabağ") - 1.5 milyon avro; 10. Timoteuş Puxaç ("Sabah") - 1.5 milyon avro.
Mənbə oxu.az

Oxşar Xəbərlər