İdman

Messinin bacısı ağır qəza keçirdi

23 Dec 2025, 17:02 1 baxış
Messinin bacısı ağır qəza keçirdi
Lionel Messinin bacısı Mariya Sol Messi Mayamidə ağır qəza keçirib. Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, ulduz futbolçunun bacısı sükan arxasında huşunu itirib, nəticədə avtomobil idarəetmədən çıxıb və divara çırpılıb. Qəza nəticəsində onun onurğasında, dabanında və biləyində sınıqlar, həmçinin yanıq xəsarətləri əmələ gəlib. Mariya Qəzadan sonra xəstəxanaya yerləşdirilib, yanvar ayının əvvəlinə planlaşdırılan toyu təxirə salınıb. Anası Maria Solun həyati təhlükəsi olmadığını, lakin uzunmüddətli reabilitasiya keçmək zərurəti yarandığını vurğulayıb. Qeyd edək ki, Maria Sol yanvarın 3-də "İnter Mayami"nin 19 yaşadək futbolçulardan ibarət məşqçilər heyətinin üzvü Julin Arellano ilə doğma şəhəri Rosarioda evlənməli idi. Mərasimin böyük bir ailə toplantısı olacağı, məclisə Messinin bütün ailəsinin, o cümlədən həyat yoldaşı Antonella Rokuzzonun qatılacağı gözlənilirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər