İdman

"Neftçi"nin kapitanı Premyer Liqada 50-ci qolunu vurub

23 Dec 2025, 15:34 1 baxış
"Neftçi"nin kapitanı Premyer Liqada 50-ci qolunu vurub
"Neftçi"nin futbolçusu Emin Mahmudov Premyer Liqada 50-ci qolunu vurub. Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionatında yalnız "ağ-qaralar"ın formasını geyinən yarımmüdafiəçi 221-ci oyununda 100-ü yarılayıb. Bakı təmsilçisinin kapitanı Misli Premyer Liqasının XVI turunun "Karvan-Yevlax"la görüşündə (2:1) yubiley topunu vurub. İlk qoluna çempionatda debüt etdiyi 2017/2018 mövsümündə imza atan Mahmudov yarışın tarixində 50 və daha çox top vuran 43-cü futbolçudur. Yarımmüdafiəçi Azərbaycan çempionatlarının yüksək liqasında eyni klubda ən azı bu qədər qol vuran 16-cı oyunçudur. Mahmudov "Neftçi" ilə çempionatda 50 və ya daha çox qol vuran 4-cü bombardirdir. O, yalnız Samir Ələkbərov, Qurban Qurbanov və Yunis Hüseynovdan geri qalır. 1. Müşfiq Hüseynov ("Qarabağ") - 109; 2. Samir Ələkbərov ("Neftçi") - 99; 3. Alay Bəhramov ("Viləş") - 93; 4. Nazim Əliyev ("Xəzər" S) - 93; 5. Fazil Pərvərov ("Kəpəz") - 80; 6. Rövşən Əhmədov ("Kəpəz") - 75; 7. Qurban Qurbanov ("Neftçi") - 66; 8-9. Nadir Nəbiyev ("Turan") - 63; 8-9. İmamyar Süleymanov ("Kəpəz") - 63; 10. Mahir Emreli ("Qarabağ") - 59; 11. Yunis Hüseynov ("Neftçi") - 58; 12. Musa Qurbanov ("Turan") - 56; 13. Abdullah Zubir ("Qarabağ") - 52; 14-15. Riçard Almeyda ("Qarabağ") - 51; 14-15. Badri Kvaratsxeliya ("Şəmkir") - 51; 16. Emin Mahmudov ("Neftçi") - 50.
Mənbə oxu.az

Oxşar Xəbərlər