İdman
“Fənərbağça” Kahveci ilə bağlı qərarını verdi
Türkiyənin “Fənərbağça” klubu əsas komandadan kənarlaşdırılan İrfan Can Kahveci ilə bağlı qərarını verib.
Axar.az xəbər verir ki, İstanbul təmsilçisi 30 yaşlı futbolçunu mövsümün ikinci hissəsi üçün heyətdə düşünmür.
Bildirilib ki, yarımmüdafiəçiyə özünə yeni komanda tapması barədə məlumat da verilib.
Qeyd edək ki, futbolçunun Superliqa klubu müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.
Əlavə edək ki, “Fənərbağça”da İrfan Can Kahveci ilə yanaşı, Cenk Tosun və Rodriqo Bekao da əsas komandadan uzaqlaşdırılıb.
Mənbə
axar.az