Dünya
Xəzər dənizində güclü zəlzələ oldu
Xəzər dənizində 5 bal gücündə zəlzələ olub. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumatlara görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 08:32-də, Türkmənbaşı şəhərindən 132 km şimal-qərbdə və Azərbaycan paytaxtından 168 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 43 km dərinlikdə yerləşib.
Mənbə
oxu.az