İdman
"Barselona"nın keçmiş futbolçusu 32 yaşında karyerasını bitirdi
"Barselona", "İnter" və "PSJ"nin keçmiş yarımmüdafiəçisi Rafinya Alkantara 32 yaşında karyerasını başa vurub. Oxu.Az bildirir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat verib. Futbolçunun son klubu Qətərin "Əl-Ərəbi" klubu olub. "Mən karyeramı bitirmək qərarına gəldim. Bir ildən bir az çox müddət əvvəl dizimdən zədə aldım, təəssüf ki, bu, mənə yenidən ən yüksək səviyyədə çıxış etməyə imkan vermir", - deyə braziliyalı oyunçu yazıb.
Mənbə
oxu.az