Dünya

ABŞ-də bir sentlik sikkənin "dəfn mərasimi" keçirilib

23 Dec 2025, 05:46 1 baxış
ABŞ-də bir sentlik sikkənin "dəfn mərasimi" keçirilib
Kolleksiyaçılar və fəallar ABŞ-nin Vaşinqton şəhərində bir sentlik sikkə üçün simvolik dəfn mərasimi keçiriblər. Oxu.Az bu barədə "New York Post" nəşrinə istinadən xəbər verir. Məlumata görə, təntənəli mərasim sikkənin ABŞ-də buraxılmasının 200 ildən çox müddətlik tarixinin başa çatması münasibətilə təşkil edilib. Zarafat üçün baş tutan dəfn mərasimi Milli xiyabanda Linkoln Memorialının qarşısında keçirilib. Tabutu daşıyan fəxri şəxslər rolunda prezident Avraam Linkolnun bənzərləri çıxış ediblər. Çünki onun portreti ənənəvi olaraq sikkədə təsvir edilib. Mərasimin mərkəzi elementi çox sayda bir sentlik sikkədən təşkil edilən Linkolnun portreti olub. Sonuncu nüsxə 2025-ci il noyabrın 12-də Filadelfiya Zərbxanasında zərb edilib. İstehsalın dayandırılması qərarı ABŞ Maliyyə Nazirliyi tərəfindən verilib. 2026-cı ildən etibarən bu sikkələrin zərb edilməsi tamamilə dayandırılacaq. Bunun üçün əsas səbəb büdcə vəsaitlərinə qənaət olub, çünki bir sikkənin istehsalı hökumətə dörd sentə başa gəlir. Beləliklə də onların istehsalının dayandırılması təxminən 56 milyon dollar qənaət etməyə imkan verəcək. Gələcəkdə satıcılar nağd ödəniş edərkən qiymətləri beş sentə qədər yuvarlaqlaşdırmalı olacaqlar. Eyni zamanda, mövcud bir sentlik sikkələr dövriyyədən çıxarılmayacaq və qanuni ödəniş vasitəsi olaraq qalacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər