Dünya

Cenevrədə Qorbaçov və Reyqanın görüşdüyü villa satılır

23 Dec 2025, 04:42 1 baxış
Cenevrədə Qorbaçov və Reyqanın görüşdüyü villa satılır
19 noyabr 1985-ci ildə Sov. İKP MK-nın baş katibi Mixail Qorbaçov (1931-2022) və ABŞ Prezidenti Ronald Reyqanın (1911-2004) görüşdüyü Cenevrə gölünün sahilindəki tarixi "Villa Fleur d'Eau" (fransızca "su çiçəyi" deməkdir) 23 milyon İsveçrə frankına (təxminən 29 milyon dollar) satışa çıxarılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Blick" nəşri məlumat yayıb. Məlumata görə, məhz bu görüş soyuq müharibənin başa çatmasına səbəb olub. Malikanə 12 otaq və təxminən 1 000 kvadratmetr sahədən ibarətdir. Bina 1867-ci ildə bir bankir tərəfindən sifariş edilib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər