Dünya

Salvadorlu kişi 1 335 il həbs cəzasına məhkum edilib

23 Dec 2025, 03:00 1 baxış
Salvadorlu kişi 1 335 il həbs cəzasına məhkum edilib
Salvadorda "Mara Salvatrucha" (MS-13) adlı cinayətkar dəstənin 248 üzvü barəsində hökm oxunub. Onlar 43 qətl, adam oğurluğu və bir sıra digər ağır cinayətlərdə təqsirli biliniblər. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Məhkumlardan biri 1 335 il müddətinə azadlıqdan məhrum edilib. Daha 10 nəfəri isə 463 ildən 958 ilə qədər həbs cəzası gözləyir. Qeyd edək ki, dünya tarixində ən uzun həbs cəzası 1989-cu ildə Tailandda anadan olmuş Çamoi Tipyasoya verilib. O, maliyyə fırıldaqçılığına görə 141 078 il həbs cəzasına məhkum edilsə də, 1993-cü ildə işə yenidən baxılıb və yaxşı davranışına görə şərti azadlığa buraxılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər