Dünya
ABŞ-ni könüllü tərk edən miqrantlara verilən pul mükafatı 3 000 dollara çatdırılır
ABŞ administrasiyası ölkəni könüllü tərk edən qanunsuz immiqrantlar üçün mükafatı 3 000 dollara çatdırmaq qərarına gəlib. Oxu.Az xəbər verir ki, bu barədə daxili təhlükəsizlik katibi Kristi Noem "X"də məlumat verib. O, bu ödənişin cari ilin sonuna qədər ölkəni könüllü tərk etmək üçün müraciət edənlərə veriləcəyini açıqlayıb. Noemin sözlərinə görə, ABŞ hökuməti miqrantların təyyarə biletlərinin pulunu ödəyəcək. Bundan əlavə, immiqrasiya pozuntularına görə cərimələr və digər cəzalar bağışlanacaq. Qeyd edək ki, bu ilin yanvar ayından bəri 1.9 milyon qanunsuz immiqrant ABŞ-ni könüllü tərk edib.
Mənbə
oxu.az