Dünya

Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlandı

23 Dec 2025, 00:48 1 baxış
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlandı
Cənubi Koreya 370 km/saat sürətə çata bilən yeni EMU-370 yüksəksürətli qatarının əsas texnologiyalarını hazırlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap News Agency" məlumat yayıb. İlk vaqonların istehsalına gələn il başlanacaq, sınaq əməliyyatları isə 2030-cu ildə start götürəcək. Kommersiya istismarına 2031-ci ildən sonra başlanması planlaşdırılır. Qeyd olunur ki, kommersiya xidmətinə buraxıldıqdan sonra EMU-370 sürətinə görə dünyada ikinci olacaq. Hal-hazırda 400 km/saat sürətlə sınaqlardan keçirilən və 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan Çin istehsalı CR450 birinci yerdədir. Müqayisə üçün, Fransa, Almaniya və Yaponiya kimi ölkələrdə fəaliyyət göstərən mövcud yüksəksürətli qatarların maksimal sürəti təxminən 320 km/saat təşkil edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər