İdman
İtaliya Superkubokunun sahibi bəlli oldu
İtaliya Superkuboku uğrunda final qarşılaşmasında "Napoli" "Bolonya" ilə üz-üzə gəlib. Oxu.Az xəbər verir ki, oyun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutub. Matçda Neapol təmsilçisi üstün olub. Devid Neresin dublu (39, 57) komandasına superkuboku qazandırıb - 2:0. Xatırladaq ki, yarımfinalda "Napoli" "Milan"ı (2:0), "Bolonya" isə "İnter"i (1:1, penaltilərdə 3:2) məğlub edib. Qeyd edək ki, İtaliya Superkubokunu ən çox qazanan komanda mükafata 9 dəfə sahib çıxan "Yuventus"dur.
Mənbə
oxu.az