Dünya

Türk Hava Yolları İstanbul-İrəvan uçuşlarına başlayacaq

22 Dec 2025, 22:00 1 baxış
Türk Hava Yolları İstanbul-İrəvan uçuşlarına başlayacaq
"Türk Hava Yolları 11 Mart 2026-cı ildən etibarən İstanbul-İrəvan-İstanbul marşrutu üzrə gündəlik uçuşlar həyata keçirməyə başlayacaq". Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç "X" sosial şəbəkəsində elan edib. O bu qərarı Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində daha bir addım kimi xarakterizə edib. Qeyd edək ki, Ermənistan və Türkiyə arasındakı quru sərhədi 1993-cü ildən bağlı olsa da, iki ölkə arasında hava nəqliyyatı heç vaxt tamamilə dayandırılmayıb. Müxtəlif aviaşirkətlər İrəvan və İstanbul arasında müntəzəm reyslər həyata keçirib, lakin əvvəllər bu uçuşlar gündəlik olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər