İdman

Türkiyə Kuboku: İstanbul derbisinin baş hakimi bəlli olub

22 Dec 2025, 18:24 1 baxış
Türkiyə Kuboku: İstanbul derbisinin baş hakimi bəlli olub
Futbol üzrə Türkiyə Kubokunda "Fənərbağça" və "Beşiktaş" komandaları arasında keçiriləcək oyunun baş hakimi bəlli olub. Oxu.Az xəbər verir ki, C qrupunda baş tutacaq qarşılaşma Oğuzhan Çakıra tapşırılıb. Oyunda Çakıra Ceyhun Sesigüzel və Candaş Elbil kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə Adnan Deniz Kayatepe olacaq. Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 21:30-da start götürəcək İstanbul derbisi "Çobani" stadionunda baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər