İdman

Misli Premyer Liqasında 2026-cı ilin ilk oyunlarının başlama tarixləri açıqlanıb

22 Dec 2025, 17:44 1 baxış
Misli Premyer Liqasında 2026-cı ilin ilk oyunlarının başlama tarixləri açıqlanıb
Misli Premyer Liqasında 2026-cı ilin ilk oyunlarının başlama tarixləri açıqlanıb. Oxu.Az xəbər verir ki, XVII turun matçları yanvarın 23-də start götürəcək və 3 gün davam edəcək. Açılış qarşılaşması Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" və "Araz-Naxçıvan" komandaları arasında olacaq. 23 yanvar 14:30. "İmişli" - "Araz-Naxçıvan" Quba Olimpiya İdman Kompleksinin stadionu. 19:00. "Neftçi" - "Zirə" "Palms Sports Arena". 24 yanvar 14:00. "Şamaxı" - "Qəbələ" Şamaxı şəhər stadionu. 16:30. "Qarabağ" - "Kəpəz" "Azersun Arena". 25 yanvar 16:00 . "Turan Tovuz" - "Sumqayıt" Tovuz şəhər stadionu. 18:30. "Sabah" - "Karvan-Yevlax" "Bank Respublika Arena".
Mənbə oxu.az

Oxşar Xəbərlər