Dünya
Yeni Qvineya adasında güclü zəlzələ oldu
Papua-Yeni Qvineyanın bir hissəsi olan Yeni Qvineya adasının şərq hissəsində 6,4 bal gücündə zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Xəbərə görə, zəlzələ təxminən 18 min nəfər əhalisi olan Qoroka şəhərindən 35 km şimalda qeydə alınıb. Yeraltı təkanların episentri 88 km dərinlikdə yerləşib. İtki və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.
Mənbə
oxu.az