Dünya

ABŞ Qrenlandiyanı əldə etmək niyyətini təsdiqləyib

22 Dec 2025, 16:00 1 baxış
ABŞ Qrenlandiyanı əldə etmək niyyətini təsdiqləyib
Luiziana ştatının qubernatoru Ceff Lendri ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin edilib. Oxu.Az xəbər verir ki, bu barədə Lendri sosial media səhifəsində məlumat yayıb. Qubernator sözügedən posta təyin olunduğuna görə Trampa təşəkkürünü bildirib və ölkəsinin Qrenlandiyanı əldə etmək niyyətini təsdiqləyib. Eyni zamanda, Lendri yeni təyinatının onun qubernator kimi işinə heç bir şəkildə təsir etməyəcəyini də vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər