Cəmiyyət

İynə vuraraq ölümə səbəb olan tibb bacısı azadlığa buraxıldı

22 Dec 2025, 14:36 1 baxış
İynə vuraraq ölümə səbəb olan tibb bacısı azadlığa buraxıldı
Ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirləndirilərək məhkum olunan tibb bacısı cəzasının çəkilməmiş hissəsindən azad edilib. Oxu.Az-ın məlumatına görə, tibb bacısı Şəfaqət Bağıyeva Amnistiya aktının icrası nəticəsində bu gün 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb. Qeyd edək ki, Ş.Bağıyeva Abşeron Tibb Mərkəzində tibb bacısı işləyib. Onun iynə vurduğu şəxs şok keçirərək vəfat edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay azadlıqdan məhrum edilib. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər