Cəmiyyət

"Range Rover"lə dörd nəfərin ölümünə səbəb olan klub prezidenti azadlığa çıxdı

22 Dec 2025, 14:44 1 baxış
"Range Rover"lə dörd nəfərin ölümünə səbəb olan klub prezidenti azadlığa çıxdı
Bakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilərək həbs edilən Elşad Kəlbəliyev cəzadan azad edilib. Oxu.Az-ın məlumata görə, o, bu gün 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən azad edilib. Qeyd edək ki, E.Kəlbəliyev "Qurtuluş 93" MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir. O, "Qurtuluş 93"də satış müdiri vəzifəsində çalışıb və "Əlincə" futbol klubunun prezidenti olub. O, Novxanı qəsəbəsi ərazisində "Range Rover" markalı avtomobili ilə 4 nəfəri vuraraq öldürmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilən E.Kəlbəliyev sonradan cəzasını Məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirdi. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər