Cəmiyyət
Qərbi Azərbaycan İcması beynəlxalq təşkilatlara 119 məktub ünvanlayıb
"Qərbi Azərbaycan İcması (QAİ) bu il ərzində beynəlxalq təşkilat və rəhbərlərinə 119 məktubla müraciət edib". Oxu.Az xəbər verir ki, bunu QAİ-nin sədri Əziz Ələkbərli Bakı Dövlət Universitetində (BDU) keçirilən "Böyük yolun davamı" adlı konfransda deyib. O bildirib ki, bu məktublar cavabsız qalmayıb: "Bu il ərzində bizim 11 sənədimiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Baş Assambleyasının və İqtisadi və Sosial Hüquqlar komitəsinin rəsmi sənədi kimi müxtəlif dillərdə yayılıb. İcma cari ildə 35 bəyanatla çıxış edib. Bu bəyanatlar Ermənistanın və beynəlxalq təşkilatların Azərbaycanın maraqlarına zidd olaraq atdıqları addımlarla bağlı olub. Müxtəlif xarici nümayəndələrlə isə 78 görüş keçirilib". Mərahim Nəsib
Mənbə
oxu.az