Cəmiyyət
Universitetlərə qəbul imtahanları nə vaxt elektronlaşdırılacaq? - Sədrdən AÇIQLAMA
"Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda dekabrın 5-nə qədər 60 mindən çox insan elektron imtahanda iştirak edib. Qəbul imtahanlarında 90-100 min arası, bəzən isə daha çox insan iştirak edir. Bizim üçün vacib olan odur ki, baza olsun. Bu bazaya əsaslanıb həmin yol ilə gedəcəyik. Qəbul imtahanlarını elektronlaşdırmağı ayrı yollarla icra etmək lazımdır. Məsələn, regionlarda, Elm və Təhsil Nazirliyi ilə birgə layihə çərçivəsində onların mərkəzlərindən istifadə etməklə mərhələ-mərhələ edə bilərik". Bu fikirləri Oxu.Az-a müsahibəsində DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ilkin mərhələdə xarici dillər üzrə danışıq bacarıqlarının rəqəmsallaşdırılması nəzərdə tutulur: "Daha sonra isə Azərbaycan dili dövlət dili kimi, rus və ingilis dillərində keçirilən imtahanların rəqəmsallaşdırılması istiqamətində işlər aparılacaq. Bu yol ilə irəliləyirik. İmtahanların rəqəmallaşdırılmasının birinci tərəfdarı bizik".
Məhərrəm Əliyev
Məhərrəm Əliyev
Mənbə
oxu.az