Dünya

Rusiyanın "Adler" yük gəmisinin İsveç sularını tərk etməsinə icazə verildi

22 Dec 2025, 14:00 1 baxış
Rusiyanın "Adler" yük gəmisinin İsveç sularını tərk etməsinə icazə verildi
İsveç prokurorluğu Rusiyanın "Adler" gəmisinin ABŞ-nin və Avropa İttifaqının sanksiyalarını pozması iddiası ilə istintaq açmamaq qərarına gəlib. Oxu.Az xəbər verir ki, məlumatı SVT telekanalı yayıb. Dekabrın 20-də mühərrik nasazlığından sonra Höqanas yaxınlığında lövbər salan yük gəmisinə İsveçin ərazi sularını tərk etməyə icazə verilib. "Gəmi şimala doğru üzür, lakin onun təyinat yeri açıqlanmayıb", - deyə telekanal İsveç Gəmiçilik Administrasiyasının təmsilçisi Fredrik Stryömbekdən sitat gətirib. Dekabrın 21-nə keçən gecə gəmiyə baxış keçirilib. Telekanalın məlumatına görə, "Adler" Rusiyanın "M Leasing LLC" şirkətinə məxsusdur və "ABŞ və Aİ-nin sanksiyalar siyahısındadır".
Mənbə oxu.az

Oxşar Xəbərlər