Cəmiyyət

“Veysəloğlu”nun mətbuat xidmətinin direktoru təltif edildi

22 Dec 2025, 12:58 13 baxış
“Veysəloğlu”nun mətbuat xidmətinin direktoru təltif edildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilənlər sırasında Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidmətinin direktoru Məhəmmədəli Qəribli də var.


Axar.az xəbər verir ki, uzun illər jurnalist kimi fəaliyyət göstərən Məhəmmədəli Qəribli son bir il yarım ərzində Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti direktoru vəzifəsində çalışır.


Bu müddət ərzində o, Şirkətlər Qrupunun media müstəvisində rəsmi mövqeyinin ardıcıl və peşəkar şəkildə təqdim olunmasına, media əlaqələrinin sistemli şəkildə qurulmasına rəhbərlik edir.

Mənbə axar.az

Oxşar Xəbərlər