İdman
Bu gün İtaliya Superkubokunun sahibi bəlli olur: "Napoli" və "Bolonya" qarşı-qarşıya
Bu gün İtaliya Superkubokunun final görüşündə "Napoli" ilə "Bolonya" klubları qarşılaşacaqlar. Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində yerləşən Kral Səud Universitetinin stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Rəqiblər meydana ciddi itkilərlə çıxacaqlar. "Napoli"dən qapıçı Aleks Meret, yarımmüdafiəçilər Billi Gilmur, Andre Zambo-Anqissa və Kevin De Bruyne zədə səbəbindən qarşılaşmanı buraxmalı olacaqlar. "Bolonya"da isə hücumameyilli yarımmüdafiəçi Federiko Bernadeski, müdafiəçilər Kevin Bonifaçi, Nikolo Kasale və qapıçı Lukaş Skorupski komandasına kömək edə bilməyəcəklər. Xatırladaq ki, 2024-cü ildə "Milan" finalda "İnter"i 3:2 hesabı ilə məğlub edərək İtaliya Superkubokunu qazanıb. 22 dekabr İtaliya Superkuboku Saat 23:00, "Napoli" - "Bolonya".
Mənbə
oxu.az