Cəmiyyət

Bu ərazilərə növbəti köç karvanı yola salındı

22 Dec 2025, 12:25 1 baxış
Bu ərazilərə növbəti köç karvanı yola salındı

11:58


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə köç davam etdirilir.


Axar.az xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Həsənriz kəndinə 10 ailə - 54 nəfər köçürülür. Köç karvanı Tərtər rayonundan yola salınıb.


Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


***


Ağdərə rayonunun Vəngli və Kolatağ, həmçinin Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb.


Bu mərhələdə Vəngliyə 6 (14 nəfər), Kolatağa 7 (31 nəfər), Badaraya 15 (66 nəfər), Daşbulağa isə 4 ailə (11 nəfər) köçürülür.


Qeyd edək ki, bununla Vəngliyə 124 (482 nəfər), Kolatağa 33 (120 nəfər), Daşbulağa 34 (133 nəfər), Badaraya isə 28 ailənin (220) daimi qayıdışı təmin ediləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər