Dünya
Trampın səhhətində problem yaranıb? - Tərəfdarları narahatlıq keçirməyə başlayıblar
ABŞ Prezidenti Donald Trampın təyyarədən yavaş-yavaş enməsi onun səhhəti ilə bağlı tərəfdarları arasında şübhələr doğurub. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Beast" nəşri "ABŞ-ni yenidən möhtəşəm edək" hərəkatının fəalı Pol Villarealın "X" hesabındakı videoya istinadən məlumat verib. Nəşr yazır ki, respublikaçı təyyarənin pilləkənlərindən yöndəmsiz eniş etməsi səbəbindən səhhəti ilə bağlı yenidən müzakirələr yaranıb. Kadrlarda siyasətçi enməzdən əvvəl sağ ayağına üç dəfə ovucu ilə vurur, sonra isə tutacaqlardan yapışaraq, yavaş-yavaş pillələri düşür. Endikdən sonra ABŞ lideri mühafizəçiləri ilə birlikdə maşına minir, pəncərədən onun bir şüşə içkini əlinə götürdüyü görünür ki, içkinin diyetik kola olduğu ehtimal edilir.
Mənbə
oxu.az