İdman

Türkiyə Superliqası: "Qalatasaray" ili qələbə ilə başa vurdu

21 Dec 2025, 23:06 1 baxış
Türkiyə Superliqası: "Qalatasaray" ili qələbə ilə başa vurdu
Türkiyə Superliqasının 17-ci turunda çempion "Qalatasaray" doğma azarkeşləri önündə "Kasımpaşa"nı sınağa çəkib. Oxu.Az xəbər verir ki, "sarı-qırmızılar" ilin son matçında azarkeşlərini sevindiriblər. Akgün (10), Sara (82) və İkardinin (88) qolları ilə meydan sahibləri 3:0 qələbə qazanıblar. Hazırda Okan Burukun yetirmələri 42 xalla turnir cədvəlinə liderlik edirlər. "Cim-bom" ən yaxın izləyicisi "Fənərbağça"nı 3 xal qabaqlayır. "Kasımpaşa"ya gəlincə, klub 15 xalla yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər