İdman

Harri Keyn "İlin şəxsiyyəti" seçildi

21 Dec 2025, 23:36 1 baxış
Harri Keyn "İlin şəxsiyyəti" seçildi
Münhen "Bavariya"sının hücumçusu Harri Keyn "Kicker" jurnalı tərəfindən "İlin şəxsiyyəti" mükafatını alıb. Oxu.Az nəşrə istinadən xəbər verir ki, mükafat Almaniya futbolunun ən görkəmli simalarına təqdim olunur. 1990-cı ildən bəri verilən mükafat əvvəllər "İlin adamı" adlanıb. Qeyd edək ki, Keyn "Bavariya"ya 2023-cü ilin yayında "Tottenhem"dən keçib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər