İdman
Velosiped idmanının inkişaf mərhələsi müzakirə olunub
Baku TV-nin "İdmanda qal" verilişinin yeni buraxılışında Azərbaycan Velosiped İdmanı Federasiyasında son dövrdə baş verən yeniliklər və velosiped idmanının inkişaf mərhələsi müzakirə olunub. Federasiyanın prezidenti Zaur Axundov seçildikdən sonra velosiped idmanında hansı əsas dəyişikliklər müşahidə olunub? 2025-ci ildə velosiped idmanı üzrə keçirilən yarış və tədbirlərin nəticələri nə dərəcədə uğurlu oldu? Respublika Velotrekində mövcud vəziyyət və infrastruktur hansı mərhələdədir? Regionlarda velosiped idmanına maraq necə dəyişir və kütləvilik hansı səviyyədədir? Bu və digər suallar ətrafında proqramın qonağı - Azərbaycan Velosiped İdmanı Federasiyasının rəsmisi Səhər Mehmanla geniş fikir mübadiləsi aparılıb. Daha ətraflı videomaterialda:
Mənbə
oxu.az