İdman

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" səfərdən əliboş qayıdır

21 Dec 2025, 22:54 1 baxış
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" səfərdən əliboş qayıdır
İngiltərə Premyer Liqasının 17-ci turunda "Aston Villa" "Mançester Yunayted"i qəbul edib. Oxu.Az xəbər verir ki, "Villa Park"da baş tutan oyun ev sahiblərinin qələbəsi ilə başa çatıb. Meydan sahiblərindən Rodcersin dubluna (45, 57), qonaqlardan Kunya (45+3) dəqiq zərbə ilə cavab verib - 2:1. Bu qələbədən sonra "Aston Villa" 36 xalla Premyer Liqanın turnir cədvəlində üçüncü yerdədir. Mançester Yunayted isə 26 xalla liqada yeddincidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər