İdman

La Liqa: "Barselona" azlıqda qalan rəqibini məyus etdi

21 Dec 2025, 21:20 8 baxış
La Liqa: "Barselona" azlıqda qalan rəqibini məyus etdi
İspaniya La Liqasının 17-ci turunda lider "Barselona" "Vilyarreal"ın qonağı olub. Oxu.az xəbər verir ki, qarşılaşma katalonların qələbəsi ilə başa çatıb. Qonaqlardan Rafinya 12-ci dəqiqədə penalti ilə hesabı açıb. 39-cu dəqiqədə "Vilyarreal"ın müdafiəçisi Renato Veyqa birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Say üstünlüyündən yararlanan "Barsa" Yamalın 64-cü dəqiqədəki dəqiq zərbəsi ilə yekun hesabı müəyyənləşdirib - 2:0. 18 oyunundan sonra "Barselona" 46 xalla turnir cədvəlinə başçılıq edir. "Vilyarreal" 16 oyundan sonra 35 xalla dördüncü yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər